Bu barədə \”Anadolu Agentliyi\” məlumat yayıb. Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər \”Prezident Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı sui-qəsd cəhdi olacaq\” deyə xəbərdarlıq ediblər. Müxtəlif mənbələrdən gələn bənzər məlumatlar Türkiyənin xüsusi xidmət orqanlarını hərəkətə keçməyə vadar edib. Sui-qəsd planı, gerçəkləşdirləcəyi gün, yer, planlanan metod – digər məsələlərlə bağlı araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı hökumət sözçüsü Bekir Bozdağ açıqlama verib:
\”Prezidentə sui-qəsd xəbərləri yeni deyil və hər zaman olub. Ərdoğan təzyiq, hədə və ölüm qorxusuyla yolundan dönəcək biri deyil. Bu qədər baş verənlərdən sonra bunu bilməyənlər axmaqlardır\”. ( qafqazinfo )
İnterpress.az