Qayınata qızının baldızını zorladı – AZƏRBAYCANDAbackend

Qayınata qızının baldızını zorladı – AZƏRBAYCANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müstəntiq Elçin Tağıyev Qafqazinfo-ya açıqlamasında hadisə barədə məlumat verib.

O bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb:

“2013-cü ilin avqustunda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar.

Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, evdə heç kimin olmadığını görüb. Qızdan atasının harada olduğunu soruşub, o isə atasının evdə olmadığını deyib.

İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib.

Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm.

Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyun ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonunun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib.

Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.

İnterpress.az