“Qarabağ” – “Dinamo” matçının stadionu və başlama saatı açıqlanıbbackend

“Qarabağ” – “Dinamo” matçının stadionu və başlama saatı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, matçın başlama saatı artıq müəyyənləşib.

Belə ki, iyulun 4-də keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 20:00-da veriləcək. Komandalar Şvats şəhərindəki stadionda üz-üzə gələcəklər. Bu, iyunun 29-da Avstriyaya yollanacaq “Dinamo”nun ordakı ilk yoxlama görüşü olacaq.

Qeyd edək ki, Avstriya toplanışı çərçivəsində “Ludoqorets” (Bolqarıstan – 1:1) və “Vakker İnsburq”la (Avstriya – 0:0) heç-heçə edən “Qarabağ” “Dinamo” ilə qarşılaşmadan öncə – iyunun 30-da Suriya yığması ilə üz-üzə gələcək.

İnterpress.az