İnterpress.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmnin baxış iclası iyulun 4-nə təyin edilib.
Bildirək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzada dünyasını dəyişib.
Mərhumların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirovdan yasa niyə gəlmədiyini soruşub.
Məlumata görə, bu zaman Muğam Şakirov Vüqar Hüseynovu rəhmətə gedən qızı və nəvəsini təhqir edib.
Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinin baş nahiyyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da onu həyatını xilas etmək mümkün olmayıb.
Vüqar Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.
İnterpress.az