İnterpress.az modern.az-a istinadən xəbər verir ki, bu dəfə atışma Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş verib. Silahlı insident nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Məlumata görə, atəş açan şəxs saxlanılıb.
Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.
Yerli KİV-lər insident nəticəsində çox sayda yaralının olduğunu bildirirlər.
İnterpress.az