İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yanan ərazi avtomobil cərimə meydançasıdır. Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.
İnterpress.az