“”Vətən uzaqda deyil” layihəsi bir daha sübut etdi ki…” – Şamil Tağıyevbackend

“”Vətən uzaqda deyil” layihəsi bir daha sübut etdi ki…” – Şamil Tağıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan teleməkanında yeni layihə fəaliyyətə başlayıb. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə əməkdaşlığı çərçivəsində “Vətən uzaqda deyil” layihəsi artıq öz işinə başlayıb. İctimai televiziyanın efirində yayımlanan layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

İnterpress.az xəbər verir ki, Diaspor.az xaricdəki diaspor nümayəndələrinin “Vətən uzaqda deyil” layihəsi ilə bağlı fikirlərini öyrənməyə çalışıb. Sırf diaspor sahəsində formalaşan bu layihə xarici ölkələrdə yaşayan Azərbaycanın diaspor liderləri tərəfindən də maraqla qarşılanıb.

“Vətən uzaqda deyil” layihəsinə münasibət bildirən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Mərkəzinin sədri Şamil Tağıyev Diaspor.az-a açıqlamasında bildirib ki, layihənin həyata keçməsi Diaspor İş üzrə Dövlət Komitəsinin xaricdə diaspor sahəsində fəaliyyət göstərən azərbaycanlı gənclərə verdiyi dəyərin göstəricisidir: “Eyni zamanda, bu layihənin başladılması xaricdəki gənc diaspor nümayəndələrinə böyük bir məsuliyyət hissini aşılayır. Artıq bizim çiyinlərimizdə ağır və daşınması şərəfli olan bir yük var. Biz bundan sonra daha da əzmlə çalışmalı, böyük ilklərə imza atmalı, uzaqda olmayan və daim qəlbimizdə yaşayan Vətənimizin inkişafı üçün canla-başla xidmət göstərməliyik”.

Ş.Tağıyevin sözlərinə görə, Diaspor İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil” layihəsi bir daha sübut edir ki, harada olmağından aslı olmayaraq ürəyin Vətən sevgisi ilə döyünürsə, deməli, Vətən sənin üçün nəinki uzaqda deyil, hətta sənə ən yaxın olan qəlbində kök atıb: “Bizim üçün hər zaman belə olub ki, Vətənimiz üçün çalışaq. Başımızı dik tutaq ki, bizi qoynunda bəsləyən Vətənimizin borcunu tam ödəyə bilməsək də, ən azından ödəməyə çalışırıq. Ümidvaram ki, verilişin gələcək buraxılışlarından Rusiyada yaşayan həmvətənlərimiz və xüsusən gənc soydaşlarımız yararlanacaqlar”.

İnterpress.az