İnterpress.az xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib. Fatimə oğrunun gizli kamera ilə çəkilən görüntüsünü yayaraq, onun salona böyük ziyan vurduğunu bildirib:
“Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub.
Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.
İnterpress.az