İnterpress.az xəbər verir ki, belə bir bəyanatla Malinin Səhiyyə Nazirliyi çıxış edib. Bəyanatda bildirilir ki, son 42 gündə ebolaya yoluxma halı qeydə alınmayıb.
Mali Qərbi Afrikada ebolaya yoluxma hallarının qeydə alındığı 6 ölkədən biridir. Ümumilikdə ölkədə 6 fakt qeydə alınıb. BMT-nin məlumatına görə, eboladan ümumilikdə 8400 adam ölüb. Ölüm faktları daha çox Qvineya, Syerra-Leone və Liberiyanın payına düşür.
İnterpress.az