ABŞ bankında maraqlı İNSİDENT: Roma Papasını “yalançı” hesab edib telefonu SÖNDÜRDÜLƏRbackend

ABŞ bankında maraqlı İNSİDENT: Roma Papasını “yalançı” hesab edib telefonu SÖNDÜRDÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bankının dəstək xidmətinin əməkdaşı Roma Papası ilə söhbət zamanı telefonu qapadıb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

ABŞ-nin banklarından birinin müştəri xidməti departamentində maraqlı və gözlənilməz hadisə yaşanıb.

Məlumata görə, Roma Papası öz əlaqə məlumatlarını yeniləmək üçün banka zəng edib.

Qeyd olunur ki, Papa özünü təqdim edib və bank əməkdaşının bütün suallarını cavablandırıb.

Lakin əməkdaş məlumatların yenilənməsi üçün Papanın şəxsən banka gəlməli olduğunu bildirib. Papa isə buna imkanının olmadığını söyləyib.

Vəziyyəti izah etməyə çalışan Papa: “Əgər sizə Papa Lev olduğumu desəm, bu vəziyyəti dəyişəcəkmi?” – deyə soruşub.

Elə bu anda bankın əməkdaşı telefonu qapadıb.

Xuraman Etibarlı

İnterpress.az