ABŞ-ın Corciya ştatında bir şəxs Çində İncilləri paylayacağını bildirərək ölkədəki xristian xeyriyyə təşkilatlarından 33 milyon dollar ianə toplayıb gizlənib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
45 yaşlı Şenk pulu şəxsi xərclər üçün istifadə edib, Çinin müxtəlif əyalətlərinə nə qədər İncilin paylanıldığına dair saxta statistik məlumatları özündə əks etdirən saxta elektron qaimə-fakturaları aldadılmış xeyriyyə təşkilatlarına göndərib.
Şenk ailə təsərrüfatına 7 milyon, 16 həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və daşınmaz əmlaka 320 min xərcləyib.
Prokurorlar, 2010-cu illərin əvvəllərindən bəri əsasən Ohayo və Şimali Karolinadakı xristian qruplarından ianə topladığına inandıqları Şenkin xeyriyyə pullarının bir hissəsini “əməliyyatların mahiyyətini gizlətmək üçün” dünyanın müxtəlif yerlərində bank hesabları olan müxtəlif şirkətlərə yönəltdiyini söyləyib.
ABŞ-ın Cənub Bölgəsi Prokurorluğundan Barry Paschal The Daily Beast xəbər portalına bildirib ki, Şenk 2016-cı ildə ABŞ vergi orqanına illik ərizə vermək tələbindən yayınmaq üçün ABŞ vətəndaşlığından imtina edib.
Şenkin həbsi və ekstradisiyasının fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə verildiyini qeyd edən Paşal, şübhəlinin 20 ilə qədər həbs və “əhəmiyyətli maliyyə cəzaları və müsadirə” ilə üzləşdiyini bildirib.