ABŞ Ticarət Nazirliyi qabaqcıl süni intellekt çiplərinin Çinə satışı ilə bağlı qaydaları sərtləşdirəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Ticarət Nazirliyindən keçən il süni intellekt çip ixracına qoyulan məhdudiyyətlərdən sonra ortaya çıxan boşluqların aradan qaldırılması üçün yeni qaydaların tətbiq ediləcəyi bildirilib.
Əvvəlki məhdudiyyətlərin ABŞ-da süni intellekt şirkətlərinin üstünlük verdiyi prosessor Nvidia H100-ün satışını qadağan etdiyi xatırladılan açıqlamada, Çin şirkətlərinin bunun əvəzinə ABŞ məhdudiyyətlərindən təsirlənməyən H800 və ya A800 adlı bir qədər yavaşlamış versiyanı ala biləcəyinə diqqət çəkilib.
Yeni qaydaların çiplərin digər versiyalarını da məhdudlaşdıracağı ifadə edildi və Nvidia xaricində Intel və Advanced Micro Devices (AMD) kimi yarımkeçirici ticarət şirkətlərinin Çinə ixracının da Çinə aparılacağı vurğulanıb.
Həmçinin qeyd olunub ki, ABŞ-ın məhdudiyyətlərinə məruz qalan yarımkeçiricilər istehsalı avadanlıqlarının siyahısını genişləndirmək planlaşdırılır.
Açıqlamada ifadələri yer alan ABŞ Ticarət Naziri Gina Raimondo, məhdudiyyətlərlə Çinin iqtisadi böyüməsinə zərər verməyi hədəfləmədiklərini vurğulayaraq, məqsədin Çinin sahədə irəliləyişlərə səbəb ola biləcək qabaqcıl yarımkeçiricilərə çıxışının qarşısını almaq olduğunu açıqlayıb.
Bu kontekstdə Çinə və ya embarqoya məruz qalan digər bölgələrə süni intellekt çipləri ixrac etmək istəyən şirkətlər ABŞ-ı xəbərdar etməlidir.