ABŞ-da 769 min təqaüdçünün şəxsi məlumatları ələ keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İyun ayında fayl ötürmə vasitəsi olan MOVEit Transferdə texniki nasazlıqdan istifadə olunaraq edilən kiberhücumdan bir çox insanın və qurumun təsirləndiyi xatırladılıb.
Sözügedən kiber hücumda 769 min sistem üzvünün şəxsi məlumatları ələ keçirilib. Bunlara ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.
Bu arada məsələ ilə bağlı şəxsi məlumatları oğurlanan şəxslərə məlumat verilib.
Digər tərəfdən, MOVEit-ə qarşı kiber hücumun rus hakerlər tərəfindən edildiyi iddia edilib.