ABŞ-ın Arizona ştatının Grand Canyon West bölgəsində avtobusun aşması nəticəsində 1 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avtobusun Arizonadakı Hualapai qoruğundakı Grand Canyon West üzərində aşıb.
Dünən yerli vaxtla saat 09:50-də Qərbi Qrand Kanyonda avtobusun aşması barədə səlahiyyətlilərə məlumat daxil olub.
Ümumilikdə 57 nəfərin qatıldığı qəzada 1 nəfərin öldüyü, 8 nəfərin təyyarə ilə ətraf xəstəxanalara çatdırıldığı, yüngül xəsarət alanların isə avtomobil yolu ilə xəstəxanaya çatdırıldığı bildirilib.
Grand Canyon West Arizonadakı Hualapai qəbiləsi tərəfindən idarə olunur və Böyük Kanyon Milli Parkı ilə əlaqəli deyil.