ABŞ-da nümayiş olunan qırıcı təyyarə dayanacağa çırpılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisə ABŞ-ın Miçiqan ştatında baş verib.
Enişə az qalmış paraşütlə tullanan iki pilot qəzadan yaralı olaraq xilas olub.
Təyyarənin iki pilotu qəzaya az qalmış buraxılış sistemini işə sala bilib və paraşütlə eniş yerinə düşüb.
Yüngül xəsarət alan pilotlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Təyyarənin düşdüyü yerdən alov və tüstü qalxıb.
Rusiya istehsalı olan Miq-23 tipli qırıcı təyyarənin qəzaya uğradığı dayanacaqda heç kimin olmadığı bildirilib.
Qəzadan sonra uçuş şousu başa çatıb.
Təyyarənin qəzaya uğrama səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.