ABŞ-da ildırımdan kosmosa çatan plazma yarandıbackend

ABŞ-da ildırımdan kosmosa çatan plazma yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Corciya Texnologiya Araşdırma İnstitutunun alimləri Oklahoma ştatında yeni nəhəng elektrik cərəyanını müşahidə ediblər. Məlum olub ki, bu cərəyan ildırım zamanı yaranıb. Cərəyanın  təxminən yüz kilometr hündürlükdə kosmosa doğru qalxması isə xüsusi maraq doğurub.

Qeyd edilib ki, bu plazma ionosferə adi ildırımdan yüz dəfə çox elektrik yükü keçirib. Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Mənbə: Lenta.ru