ABŞ-da Listeria bakteriyası ilə çirklənmiş içki qəbul edən 3 nəfər ölübbackend

ABŞ-da Listeria bakteriyası ilə çirklənmiş içki qəbul edən 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi səbəbindən ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş “milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vaşinqton Ştat Səhiyyə Departamenti rəsmiləri Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qidadan qaynaqlanan “Listerioz epidemiyası”na səbəb olduğunu və Listeria bakteriyasına yoluxan 3 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Vaşinqton Dövlət Səhiyyə Departamenti 27 fevral və 22 iyul tarixlərində xəstəxanaya yerləşdirilən altı nəfərin də süd kokteyllərindən eyni Listeria bakteriyası ilə xəstələndiyini müəyyən edib.

Xəstələnən 6 nəfərin 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi bildirilib.

Biznes Tacoma bölgəsində süd kokteyllərinin satışını dayandırdı və bütün milkshake avadanlıqlarını təmizləmək və yenidən sınaqdan keçirmək üçün müstəqil bir müəssisəyə göndərib.

Frugal-ın başqa filialında bakteriya aşkar edilmədiyi bildirilsə də, Frugal restoranlar şəbəkəsi ehtiyat tədbiri olaraq digər bölgələrdə südlü kokteyl istehsalını dayandırıb.

Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara bulaşır.

Yüksək hərarət, baş ağrısı, kramp, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, ABŞ-da hər il təxminən 1600 nəfər listeriyaya yoluxur və onlardan 260-ı ölür.