ABŞ-da odlu silahla öldürülən uşaqların sayı rekord həddə çatıbbackend

ABŞ-da odlu silahla öldürülən uşaqların sayı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan araşdırma 2021-ci ildə ölkədə odlu silahdan uşaq ölümlərinin rekord həddə çatdığını və odlu silahların uşaq ölümlərinin əsas səbəbi olmağa davam etdiyini ortaya qoyub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-da odlu silahdan uşaq ölümləri ilə bağlı 2021-ci il məlumatlarını araşdıran araşdırmaya görə, odlu silahla bağlı uşaq ölümlərində əvvəlki ilə nisbətən 8,8 faiz artım var.

Sözügedən dövrdə 4752 uşaq odlu silahdan dünyasını dəyişib.

Həmçinin məlum olub ki, 2018-ci ildən 2021-ci ilə qədər odlu silahdan uşaq ölümləri 41,6% artıb.

2021-ci ildə odlu silah nəticəsində həyatını itirən uşaqların 84,8 faizi oğlanlardır. 49,9 faizi qaradərili, 82,6 faizi isə 15-19 yaş arasında olub.

Odlu silahların uşaq ölümlərinin əsas səbəbi olaraq qaldığını vurğulayan araşdırmanın təfərrüatları “Pediatrics” jurnalında dərc olunub.