ABŞ-ın Alabama ştatında keçirilən Amerika futbol matçında orkestrə başçılıq edən dirijor polisin musiqini dayandırma xəbərdarlığına məhəl qoymadığı üçün elektrik cərəyanı tapançası ilə vurulduqdan sonra nəzarətə götürülüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birmingemdə iki orta məktəb arasında keçirilən yarışmada orkestrə başçılıq edən Conni Mims polisin “dayan” xəbərdarlığına məhəl qoymayıb və orkestranı idarə etməyə davam edib. Mims musiqini dayandırmayanda və saxlanma zamanı müqavimət göstərəndə polis elektroşok silahından istifadə edib. Polis Mims-in “ictimai asayişi pozduğu” üçün saxlanıldığını, onun təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiyini və bir polis məmurunu itələdiyini iddia edib. Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı qeyd edilib. Mimsin vəkili Juandalynn Givan, təxminən 140 tələbənin hadisənin şahidi olduğunu bildirdi və polisin “həddindən artıq güc tətbiq edərək vəzifələrindən sui-istifadə etdiyini” iddia edib.