ABŞ-ın Vaşinqton ştatında qəlyan dükanına silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, səhər tezdən Sietl şəhərinin Mount Baker məhəlləsindəki qəlyan dükanına silahlı hücum edilib.
Hücum zamanı güllə hədəfi olan 22 və 33 yaşlı iki kişi hadisə yerində, 30 yaşlı qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis 21-38 yaşlarında olan altı yaralıdan birinin vəziyyətinin ağır olduğunu, digərlərinin isə yaxşı olduğunu bildirib.
Hadisə yerindən 5 silah tapıldığını qeyd edən polis hücumun mümkün şübhəliləri haqqında məlumat verməyib.
Ölənlərin adları açıqlanmasa da, hücumun səbəbləri araşdırılır.
Sietl meri Bruce Harrel verdiyi yazılı açıqlamada polisin gərgin işinə baxmayaraq, şəhərdə belə bir “faciə” yarada biləcək çoxlu sayda qanunsuz silahların olduğunu bildirib.