ABŞ-da təyyarə yaşayış məntəqəsinə çırpılıb. 24 saat ərzində bu, ikinci hava qəzasıdır.
İnterpress.az xəbər verir ki, Cessna 310R N8930N yüngül təyyarəsi Florida ştatındakı Boka Raton hava limanı yaxınlığında qəzaya uğrayıb.
Ölənlər var, polis hazırda estakadanı bağlayıb. İnsanlara ərazidən uzaq durmaq tövsiyə olunur.
Bu, artıq 24 saat ərzində ABŞ-də baş verən ikinci aviasiya qəzasıdır.
Dünən axşam saatlarında Siemens-in İspaniya bölməsinin rəhbərini daşıyan helikopter qəzaya uğrayıb.
Xuraman Etibarlı
İnterpress.az