ABŞ-da tropik fırtınalardan sonra həddindən artıq isti xəbərdarlığı edilibbackend

ABŞ-da tropik fırtınalardan sonra həddindən artıq isti xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da tropik fırtınalardan sonra orta qərb və cənub ştatları üçün isti hava xəbərdarlığı edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təhlükəli isti dalğası 68,8 milyon insana və ya ABŞ əhalisinin 20 faizindən çoxuna təsir edib.

ABŞ-ın Çikaqo, Hyuston və Minneapolis şəhərlərində hiss olunan temperatur 43 dərəcə olaraq ölçüldü, orta qərb ştatlarında temperaturun aylıq orta göstəricinin üzərində olacağı gözlənilir.

Daşqınlar və torpaq sürüşmələri, 84 ildə Cənubi Kaliforniyanı vuran ilk tropik fırtına olaraq vurğulanan Hillari və Texası təsir edən Harold tropik fırtınasından sonra meydana gəlib.

ABŞ-ın cənub-şərqində Dominikan Respublikası və Haitidə yerləşən Hispaniola adası və Puerto Riko torpaqlarını vuran Franklin tropik qasırğasının ölümcül sürüşmə və daşqınlara səbəb ola biləcəyi açıqlanıb.

ABŞ Milli Okean və Atmosfer İdarəsi builki qasırğa mövsümünün normadan yüksək olacağı barədə xəbərdarlıq edərək, 14-21 fırtınanın gözlənildiyini bildirib.

Qeyd edilib ki, gözlənilən tufanlardan 6-dan 11-dək qasırğaya, 2-dən 5-dək isə böyük qasırğaya çevrilməsi ehtimalı var.