ABŞ-da ziyafətə basqın edən maskalı şəxslərin silahlı hücumu nəticəsində 4 nəfər ölübbackend

ABŞ-da ziyafətə basqın edən maskalı şəxslərin silahlı hücumu nəticəsində 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında maskalı silahlı basqınçıların bir evin bağçasında təşkil edilən ziyafətə basqın edərək atəş açması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Kral Şəhər Polis İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 18:00 radələrində silahlı hücum xəbərinin alındığı bildirilib.

Açıqlamada 3 maskalı təcavüzkarın bir evin bağçasında keçirilən şənliyə basqın edərək camaata atəş açaraq 4 nəfəri öldürdüyü qeyd edilib.

Açıqlamada hücumda yaralanan 3 nəfərin xəstəxanaya aparıldığı, şəxsiyyəti məlum olmayan hücumçuların avtomobilləri ilə hadisə yerindən qaçdığı vurğulanıb.

Açıqlamada hücumla bağlı istintaq başladıldığı qeyd edilib.