ABŞ-də TikTok sövdələşməsi tariflərə görə alınmadı – Trampbackend

ABŞ-də TikTok sövdələşməsi tariflərə görə alınmadı – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da TikTok sövdələşməsi tariflər üzündən alınmayıb.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp baş verənləri belə izah edib.

Çin sosial şəbəkəsi TikTok-un satın alınması ilə bağlı sövdələşmə Çindən gələn mallara tariflərin tətbiqi səbəbindən uğursuz olub. Bundan sonra Çin hakimiyyəti müqavilənin şərtlərinə yenidən baxıb.

“Bizim bir razılaşmamız var idi, daha doğrusu, buna kifayət qədər yaxın idik. Lakin sonra Çin tariflərə görə şərtləri dəyişdi. Əgər tarifləri bir az da aşağı salsaydım, 15 dəqiqə ərzində bu razılaşmanı təsdiq edərdilər”, – Tramp deyib.

Lakin ABŞ prezidenti hansı dəyişikliklərdən danışdığını dəqiqləşdirməyib.

Bundan əvvəl Tramp TikTok sosial şəbəkəsinin ölkədə daha 75 gün fəaliyyət göstərməsinə icazə verən sərəncam imzaladığını açıqlamışdı.

Tramp həmçinin Çinlə “xeyirxahlıqla işləməyə” davam edəcəyinə ümid etdiyini bildirib və əlavə edib ki, ölkə çox güman ki, cavab rüsumlarından məmnun deyil.

Xuraman Etibarlı

İnterpress.az