ABŞ HƏMAS-ın yüksək vəzifəli üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki, ABŞ Xəzinədarlığı HƏMAS-ın həm xaricdə, həm də Qəzza zolağında yerləşən və təşkilata maliyyə yardımı və silah tədarükü ilə məşğul olan 6 yüksək rütbəli məmura qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Onlardan üçünün hazırda Türkiyədə olduğu bildirilir.
Sanksiyalara ölkədə səyahət qadağası və aktivlərin dondurulması daxildir.
Xuraman Etibarlı
İnterpress.az