ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın Abrams tanklarının tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın müdafiə naziri Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından əvvəl çıxış edib.
“Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-ın əvvəllər öhdəlik götürdüyü M1 Abrams tankları tezliklə Ukraynaya daxil olacaq”, – Ostin bildirib.
ABŞ və digər tərəfdaşlarının Ukraynaya müdafiə dəstəyi öhdəliyinin 76 milyard dolları keçdiyini bildirən Ostin bu ölkəyə dəstəyin davam edəcəyinə söz verib. Ostin həmçinin ABŞ-da ukraynalı pilotlar üçün F-16 təyyarələri üçün təlimlərin başlayacağını açıqlayıb.