ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaqbackend

ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq.

Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.

 

İnterpress.az