ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 17 milyon barrel azalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 17 milyon barrel azalaraq 439 milyon 800 minə düşdüyünü açıqlayıb.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 346 milyon 800 min barrel olub.
Digər tərəfdən, ABŞ-ın benzin ehtiyatları sözügedən dövrdə 1 milyon 500 min barel artaraq 219 milyon 100 min barrelə çatıb.
ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə görə gündəlik 301 min barrel artaraq 6 milyon 668 min barrelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 692 min barrel artaraq 5 milyon 283 min barrelə yüksəlib.
Ölkənin gündəlik xam neft hasilatı 22-28 iyul həftəsində 14 min barrel azalaraq 12 milyon 593 min barrel olaraq qeydə alınıb.
EIA-nın “2023 İyul Qısamüddətli Enerji Görünüşü Hesabatı”na görə, ABŞ-ın orta gündəlik xam neft hasilatının bu il 12 milyon 560 min barrel, gələn il isə 12 milyon 850 min barrel olacağı gözlənilir.