ABŞ-ın Merilend ştatında qanuniləşdirilmiş sirr satışından ilk ayda 87,4 milyon dollar əldə edilibbackend

ABŞ-ın Merilend ştatında qanuniləşdirilmiş sirr satışından ilk ayda 87,4 milyon dollar əldə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk ayın sonunda ABŞ-ın Merilend ştatında qanuniləşən sirr satışından 87,4 milyon dollar gəlir əldə edildiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Merilend Marixuana İdarəsi (MCA) xatırladıb ki, iyulun əvvəlindən ştatda marixuananın satışı qanuniləşib.

İlk ayın sonunda sirr satışından əldə edilən gəlir 87,4 milyon dollara çatıb.

Yeni qanuna əsasən, Merilend polisi marixuananın qoxusunu və ya saxlanmasını şübhəlilərin axtarışı üçün səbəb kimi əsaslandıra bilməyəcək və analoji qanun valideynlər və qəyyumlar tərəfindən marixuananın istifadəsinin uşaq “laqeydliyi” kimi qiymətləndirilməsinə icazə verməyəcək.

Merilend Ticarət İdarəsi iyulun 11-də sirr satışı üçün kapital dəstəyinə ehtiyacı olan müəssisələrə 40 milyon dollar qrant vəsaiti ayırdığını, avqustun 1-dən etibarən ilkin təsdiq üçün müraciətlərin verildiyini açıqlayıb.

Merilenddə mövcud tibbi marixuana müəssisələrinin böyüklərin istifadəsi bazarına xidmət etmək üçün əlavə lisenziyalar əldə etmək üçün eyni maliyyədən faydalana biləcəyi ifadə edilib.