ABŞ iqtisadiyyatı 2023-cü ilin son rübündə 3,2 faiz artıbbackend

ABŞ iqtisadiyyatı 2023-cü ilin son rübündə 3,2 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə 3,2 faizlə gözləntilərin altında böyüyüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Ticarət Nazirliyi 2023-cü ilin oktyabr-dekabr ayları üçün Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarının ikinci təxminlərini açıqlayıb.

Müvafiq olaraq, ABŞ-da ÜDM ötən ilin dördüncü rübündə illik 3,2 faiz artıb. Sözügedən dövrdə aşağıya doğru revize edilən ÜDM məlumatları bazar gözləntilərinin altında qalıb.

Ölkənin ÜDM-i ilə bağlı yanvar ayında açıqlanan ilkin məlumatlarda qeyd olunub ki, ötən ilin dördüncü rübündə iqtisadiyyat 3,3 faiz artıb.

ABŞ iqtisadiyyatı ötən ilin birinci rübündə 2,2 faiz, ikinci rübdə 2,1 faiz, üçüncü rübdə isə 4,9 faiz artıb.

Ölkə iqtisadiyyatı 2023-cü ildə ümumilikdə 2,5 faiz artım qeydə alıb.