ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə son nəticədə məsuliyyət daşıyır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sallivan Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın digər ölkələrlə yeni hücumların qarşısını almaq üçün “dəniz işçi qrupları” yaratmaq mövzusunda danışdığını ifadə edən Sullivan deyib: “Başqaları ilə məsləhətləşərək müvafiq addımlar atacağıq və bunu seçdiyimiz vaxt və yerdə edəcəyik”.
Sallivan ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Carney” esminesi Qırmızı dənizin cənubunda ticarət gəmilərinin kömək çağırışına cavab verərək, istiqamətə doğru irəliləyən 3 pilotsuz uçuş aparatını (PUA) vurarkən PUA-ları vurmaqla ehtiyatlı olduqlarını qeyd edib.
Jake Sullivan iddia edib ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə son nəticədə məsuliyyət daşıyır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizin cənubunda beynəlxalq sularda 3 ticarət gəmisinə 4 hücum təşkil edildiyini açıqlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Carney” esminesinin kommersiya gəmilərinin kömək çağırışına cavab verdiyi, esminesin gəmilərə kömək edərkən özünə doğru irəliləyən 3 İHA-nı vurduğu bildirilib.