İraqın ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədəki mövcudluğuna son qoyulacağı ilə bağlı bəyanatından sonra ABŞ Müdafiə Nazirliyi qoşunlarını İraqdan çıxarmaq planlarının olmadığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O hazırda heç bir plandan (geri çəkilmək) xəbərinin olmadığını söyləyib.
Rayder İŞİD-ə qarşı mübarizə çərçivəsində yaradılmış Inherent Resolve Operations Joint Task Force (CJTF-OIR) missiyalarına diqqəti davam etdirdiklərini bildirib.
Rayder İraq hökumətinin dəvəti ilə bölgədə olduqlarına diqqət çəkib.
Yanvarda Bağdadda ABŞ-ın hava hücumu nəticəsində İrana yaxın Həşd əş-Şaabiyə bağlı şiə milis qüvvələri olan Nuceba Hərəkatının liderlərindən olan “Əbu Təkva əl-Səidi” adlı şəxsin öldürüldüyü bildirilib.
İraq hökuməti daha sonra terror təşkilatı İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı hücuma görə məsuliyyət daşıyıb.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani yanvarın 5-də verdiyi bəyanatda ABŞ-ın Bağdaddakı Həşd əl-Şaabi qərargahına hücumunu pisləyib və deyib: “Hökumət olaraq biz ikitərəfli komissiyanın işinə başlamaq prosesindəyik”.