ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıbbackend

ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 18 kəşfiyyət idarəsi koronavirusun mənşəyilə bağlı birgə hesabat yayıb.

Hesabatda bildirilir ki, kəşfiyyat qurumlarının əksəriyyəti koronavirusun bioloji silah kimi yaradılmadığı qənaətindədir.

Yalnız bir idarə ölümcül virusun öncədən silah qismində yaradıldığını və qəza nəticəsində Uxan laboratoriyasından yayıldığını ehtimal edir. Lakin bunu qəti şəkildə demək üçün dəlillərin kifayət qədər olmadığı vurğulanır.

Qeyd edək ki, hesabatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosunun (FBI) əkskəşfiyyat idarəsi, Milli Təhlükəsizlik Agentliyi (NSA), Pentaqon, Dövlət Departamenti, eləcə də digər nazirliklərin müvafiq strukturları iştirak edib.