ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvələr göndərirbackend

ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvələr göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara 50-yə yaxın avtomobildən ibarət gücləndirmə karvanı göndərib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dünən ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub.

Təxminən 50 maşından ibarət konvoy Deyr əz-Zor çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.

ABŞ Bradley və pulemyota quraşdırılmış dörd təkərli maşınlar konvoyları qoruyub.

Konvoylarda zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınlar iştirak edib.

ABŞ ordusu 6, 8, 22 və 25 yanvar, 19, 20 iyun və 11 iyul tarixlərində terror təşkilatı PKK/YPG-nin Haseke çölündə zəbt etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmaya üstünlük verib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda təşkilatın işğalı altında olan Suriyanın Haseke, Rakka və Deyr əz-Zor əyalətlərindəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.