ABŞ Polşaya 96 “Apache” helikopteri satıbbackend

ABŞ Polşaya 96 “Apache” helikopteri satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində Apache helikopterləri və müvafiq avadanlıqların satışına icazə verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamaya görə, ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində 96 ədəd “AH-64E Apache” helikopteri və əlaqədar avadanlıqların göndərilməsinə icazə verib.

Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərilib.

Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq satışın ABŞ administrasiyası üçün problem olmadığını bildirir.

ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.

Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.