ABŞ qoşunlarını Əfqanıstandan çıxarırbackend

ABŞ qoşunlarını Əfqanıstandan çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandan hərbçilərini geri çağıracağını bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.

ABŞ lideri bildirib ki, əsgərlərin evlərinə qaytarılması ilə bağlı müsbət danışıqlar aparılır:

“Biz polis kimi getməmişik, amma 19 ildir oradayıq. Artıq yetər”.

Lakin o, hərbçilərin nə zaman Əfqanıstan ərazisindən çıxarılmasına dair dəqiq vaxt deməyib.

İnterpress.az