ABŞ Şimali Koreyanın ballistik raket proqramını dəstəkləməkdə ittiham olunan iki şəxsə və Moskvada qeydiyyatdan keçmiş firmaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında birlikdə çalışdıqlarını deyən Con Jin Yong və Sergey Kozlova qarşı sanksiyaların tətbiq edildiyi bildirilib.
Bəyanatda deyilir ki, onlar Pxenyanın ballistik raket proqramı çərçivəsində kütləvi qırğın silahlarının inkişafı ilə əlaqəli Şimali Koreya təşkilatlarına birbaşa dəstək verir və ya gəlir əldə etməyə kömək edir.
Son sanksiya qərarının Cənubi Koreya və Yaponiya hökumətləri ilə alındığı bildirilən açıqlamada Kozlovun sahibi olduğu Moskvada yerləşən “Intellekt MMC” şirkətinə də sanksiya tətbiq edildiyi qeyd edilib.
Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı Müşaviri Brian E. Nelson mövzu ilə bağlı verdiyi açıqlamada ABŞ-ın Şimali Koreyanın “qanunsuz fəaliyyətləri” ilə mübarizə üçün Cənubi Koreya və Yaponiya ilə əlaqə saxlamağa davam edəcəyini bildirib.
ABŞ Şimali Koreyanın “təcavüzünün” qarşısını almaqda qərarlıdır
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Şimali Koreyanın ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi “Ulchi Freedom Shield (UFS)” hərbi təliminə cavab olaraq ballistik raketlər atdığına dair açıqlamalarına toxunub.
Şimali Koreyanın ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi hərbi təlimə cavab olaraq ballistik raketlər buraxdığı açıqlanıb.
Şimala qarşı “ciddi təhdid” kimi qiymətləndirilən təlimin öhdəsindən gəlmək üçün “taktiki nüvə hücumu təlimi” keçirildiyi qeyd edilib.
ABŞ-ın Cənubi Koreya ilə illik təlimləri çərçivəsində Koreya yarımadasına uzun mənzilli B1-B bombardmançı təyyarələri göndərdikdən sonra Şimali Koreya iki ballistik raket buraxıb.