ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndiribbackend

ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı sanksiya siyahısına üç nəfəri daxil edib.

Bu barədə maliyyə idarəsinin yaydığı bəyanatdan məlum olub.

Siyahıdakı şəxslər ölkədəki hakim Koreya Əmək Partiyasının nümayəndələridir.

“Bu şəxslər Koreya Xalq Demokratik Respublikasının kütləvi qırğın silahlarına və ballistik raketlərə [proqramına] dəstək veriblər”, – bəyanatda deyilib.

Orada vurğulanıb ki, sanksiyalar “KXDR-in kütləvi qırğın silahları və ballistik raketlər yaratmaq üçün qeyri-qanuni proqramlarını inkişaf etdirmək imkanlarına zərbə vurmaq” məqsədi daşıyır:

“Bu hərəkətlər (sanksiyaların tətbiqi – red.) KXDR bu il misli görünməmiş sayda ballistik raketlər buraxdıqdan sonra həyata keçirilib. Bura bir neçə qitələrarası ballistik raketlərin sınaqdan keçirilməsi olmaqla, 60 raket daxildir. Sabitliyi pozan hərəkətlər region və bütün dünya üçün ciddi təhlükəsizlik riskləri yaradır”, – ABŞ-ın dövlət katibi Entoni Blinken ayrıca açıqlamasında bildirib.