ABŞ və Avstraliyanın baş diplomatları Ukraynadakı vəziyyəti müzakirə edibbackend

ABŞ və Avstraliyanın baş diplomatları Ukraynadakı vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinkenlə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı olub.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays yaydığı yazılı bəyanatda deyilir.

Tərəflər İndoneziyada keçirilən G20 (“Böyük İyirmilik”) nazirlərinin görüşlərini, həmçinin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tədbirləri müzakirə edib.

“Dövlət katibi Blinken və xarici işlər naziri Vonq Rusiyanın Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəsinə görə birgə səyləri müzakirə ediblər”, – diplomat bildirib.

Qeyd edək ki, mayın sonunda Avstraliya Ukraynaya 14 ədəd M113 tırtıllı zirehli personal daşıyıcısı və 20 ədəd “Bushmaster” zirehli texnikası tədarük edib.