“Hizbullah”la müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” Amerika administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən bildirib.
İsrail “Hizbullah”la müharibəyə başlasa, vətəndaşlarını geri qaytara biləcəyi heç bir evi qalmaya bilər. Nəticədə ABŞ-nin hazırda təşviq etdiyi razılaşma əldə olunacaq.
“Bizim İsrailin hərbi imkanlarına şübhəmiz yoxdur, lakin müharibənin nəticələri hər iki tərəf üçün fəlakətli olacaq. Ona görə də diplomatiyadan istifadə etmək daha yaxşıdır”, – ABŞ rəsmisi seyib.
Onun sözlərinə görə, “müharibənin sonunda İsrail yüksək qiymət ödəyə bilər və məqsədlərinə çatmaya bilər”.
Xuraman Etibarlı
İnterpress.az