Açıldıqdan üç gün sonra metroda nasazlıq yarandıbackend

Açıldıqdan üç gün sonra metroda nasazlıq yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosu texniki nasazlıq səbəbindən bu səhər iki saat bağlı olub.

Metropolitendən bildirilib ki, paytaxtın ən vacib ictimai nəqliyyatının bağlı olması təsərrüfat qatarında yaranan problemlə əlaqədar olub.

Ötən cümə operativ qərargahın brifinqində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov əmin etmişdi ki, 38 günlük fasilədən sonra metro tam saz vəziyyətdə sərnişinlərin ixtiyarına təhvil verilir. Baş mühəndis demişdi ki, yaranan fasilə zamanı bütün metro stansiyalarında lazımi işlər görülüb. Bunun üçün zəruri olan əməkdaşlar həmin müddətdə işə çıxıblar.

Beləliklə, həmin sözlərdən sonra cəmi üç gün işləyən Bakı metrosu bu gün səhər iki saat müddətində sərnişin qəbul edə bilmədi.

İnterpress.az