Afrika Birliyi (AfB) Nigerə hərbi müdaxilədən sonra bu ölkənin üzvlüyünü dayandırdığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
26 iyulda Nigerə edilən hərbi müdaxilədən sonra ölkənin bütün Afrika Birliyinin fəaliyyətlərində iştirakının dayandırıldığı bildirilib.
Orada prezident Məhəmməd Bazumun azad edilməsi və ordunun kazarmalara qayıtması tələb olunurdu.
Digər tərəfdən, bütün üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə səslənərək Nigerdə hərbi idarəçiliyi qanuniləşdirəcək hər hansı bir hərəkətdən qaçınılması lazım olduğu qeyd edilib.
Afrikadan kənarda hər hansı bir aktyorun və ya ölkənin müdaxiləsi şiddətlə rədd edilib.
Qeyd edək ki, Prezident Bazum iyulun 26-da Prezident Mühafizə Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam əsgər administrasiyanı ələ keçirdiyini elan edib.
Prezident Mühafizə Alayının komandiri general Abdurrahmane Tchiani iyulun 28-də CNSP adlanan keçid hökumətinin başçısı olub.
CNSP avqustun 7-də Lamine Zeineni baş nazir təyin etdi və avqustun 10-da əsgər və mülki şəxslərdən ibarət 21 nəfərlik kabineti elan edib.