Ordu Qabonda hakimiyyəti ələ keçirdiyini açıqladıqdan sonra Afrikada son illərdə hərbi müdaxilələrlə gündəmə gələn çoxlu çevrilişlər olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
1989-cu ildə Sudanda dövlət çevrilişi ilə dövlətin sükanı arxasına keçən Ömər əl-Bəşir 2019-cu ilin aprelində hərbi müdaxilə ilə devrilmişdi.
1960-cı ildə müstəqillik əldə etdikdən sonra bir çox hərbi çevrilişlərə şahidlik edən Burkina Fasoda ordu 2020-ci ilin sentyabrında ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçirib və kapitan İbrahim Traore ölkəyə liderlik edib.
Malidə 2020-ci ilin avqustunda İbrahim Baubacar Keytanın devrilməsi ilə hakimiyyətə gələn xunta, keçid prosesinin mülki qanadı əsas əsgərləri kabinetdən kənarlaşdırmaq istəməsindən sonra 2021-ci ilin mayında növbəti çevriliş edib.
Malinin qonşusu Qvineyada devrilmiş lider Alfa Kondenin Konstitusiyanı dəyişdirərək üçüncü dövr üçün prezidentliyə namizəd olması ölkədə çevrilişə aparan prosesin başlanğıcı olub.
82 yaşlı Konde 2020-ci ilin oktyabrında orta yaş həddi 18 olan Qvineyada 3-cü dəfə seçilərək hakimiyyətə gəlməyi bacarsa da, gücü onun təsəvvür etdiyi kimi olmayıb. 6 sentyabr 2021-ci ildə Konde 2018-ci ildə formalaşdırdığı elit komandanın rəhbəri vəzifəsinə şəxsən təyin etdiyi podpolkovnik Mamady Doumbouya tərəfindən devrilib.
Nigerdə 2021-ci il seçkilərində qalib gələn prezident Məhəmməd Bazum iyulun 26-da özlərini “Vətənin Mühafizəsi üzrə Milli Şura” adlandıran bir qrup əsgər tərəfindən çevriliş nəticəsində devrilib.
Nəhayət, Qabonda həftəsonu keçirilən qalmaqallı seçkilərdən sonra bir qrup əsgər onları hakimiyyətə gətirdiklərini, seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıb.
Afrikadakı çevriliş silsiləsinin son dayanacağı Qabonda 2019-cu ildə də çevriliş cəhdi olub. Afrikanın sabit ölkələrindən biri olaraq görülən Qabonda prezident Əli Bonqo xaricdə olarkən leytenant Kelli Ondo Obianqın rəhbərlik etdiyi bəzi əsgərlər 7 yanvar 2019-cu ildə milli radioda bəyanat oxuyub.
Üsyançı əsgərlər Qabon Milli Jandarma Cavab Bölməsi tərəfindən əsir götürülüb.