Ağ Ev: Şimali Koreya ordusu Ukraynaya qarşı müharibədə ruslar kimi qanuni hədəf olacaqbackend

Ağ Ev: Şimali Koreya ordusu Ukraynaya qarşı müharibədə ruslar kimi qanuni hədəf olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ordusu Ukraynaya qarşı müharibədə ruslar kimi qanuni hədəfə çevriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

Ağ Ev bəyan edib ki, Şimali Koreya ordusu Ukraynaya qarşı müharibədə ruslar kimi qanuni hədəfə çevriləcək.

Kirbi bildirib ki, ABŞ Şimali Koreya qoşunlarının Rusiya Federasiyasına göndərilməsinin məqsədləri və onların həqiqətən Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi barədə hələlik dəqiq məlumata malik deyil.

“Əgər onlar Ukraynaya qarşı müharibədə iştirak etsələr, onlar qanuni hədəflər, qanuni hərbi hədəflərdir.

Ukrayna hərbçiləri Rusiya hərbçilərinə qarşı müdafiə olunduqları kimi Şimali Koreya hərbçilərinə qarşı da özünü müdafiə edəcəklər. Ukraynaya qarşı döyüşən KXDR hərbçiləri arasında yaralılar və ya ölənlər ehtimalı məncə realdır, bu, tamamilə mümkündür”, – Kirbi deyib.

Xuraman Etibarlı

İnterpress.az