Ağstafada qatar qadını vuraraq öldürübbackend

Ağstafada qatar qadını vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.