Ağstafada yol qəzası: Bir ailənin 3 üzvü yaralanıbbackend

Ağstafada yol qəzası: Bir ailənin 3 üzvü yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İnterpress.az-ın məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir ailənin 3 üzvü – Dağ Kəsəmən sakinləri – Z.Həsənov və həyat yoldaşı, həmçinin 13 yaşlı övladı Ə.Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.