Aİ, ABŞ, BMT “Taliban”ı qadınların QHT-lərdə işləməsinə icazə verməyə çağırıbbackend

Aİ, ABŞ, BMT “Taliban”ı qadınların QHT-lərdə işləməsinə icazə verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

On iki ölkənin xarici işlər nazirləri, o cümlədən ABŞ Dövlət Departamenti, eləcə də Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Əfqanıstanın radikal “Taliban” hərəkatının yaratdığı müvəqqəti hökuməti qadınların qeyri-hökumət təşkilatlarında iş yerlərindən çıxarılması qərarını ləğv etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan və digər ölkələrin və Aİ nümayəndəsinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa, İsveçrə, Yaponiya xarici işlər nazirləri və Aİ-nin xarici siyasət rəhbəri “Taliban”ın ehtiyatsız və təhlükəli iş qadağasından ciddi narahatdırlar. Xarici işlər nazirləri bu qadağanın yaşamaq üçün humanitar yardımdan asılı olan milyonlarla əfqanı təhlükə altına qoyduğunu bildiriblər. “Biz “taliblər”i bu qərarı dərhal ləğv etməyə çağırırıq”, – birgə bəyanatda deyilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ümumdünya Ərzaq Proqramı, YUNİSEF, ÜST və digər qlobal təşkilatların rəhbərləri də Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ı qadınların humanitar QHT-lərdə işləməsinə icazə verməyə çağırıb.

Təşkilatlar de-fakto Əfqanıstan hakimiyyətini qadınların təhsil müəssisələrində iştirakını və ictimai həyatda iştirakını qadağan edən, bu və bütün digər direktivləri nəzərdən keçirməyə, ləğv etməyə çağırıblar. BMT qurumlarının rəhbərləri vurğulayıblar ki, heç bir dövlət ölkə əhalisinin yarısını cəmiyyətdə iştirakdan kənarlaşdıra bilməz.

Sənədin müəllifləri qeyd ediblər ki, Əfqanıstanın hazırkı hökumətinin qadınların humanitar qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etmək qərarı dövlətin həssas təbəqələrinə, qadınlara, uşaqlara və bütün ölkəyə ciddi zərbədir.

Bundan əvvəl “Taliban” radikal islamçı hərəkatının nümayəndələri Əfqanıstandakı bütün yerli və beynəlxalq QHT-lərə qadın əməkdaşları işlərini dayandırmağı tapşırıblar.

Məlumata görə, onların işi “sonrakı xəbərdarlığa qədər” dayandırılmalıdır.