Aİ: Avropada iqlim fəlakəti vəziyyəti həyəcan yaradırbackend

Aİ: Avropada iqlim fəlakəti vəziyyəti həyəcan yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə olunmasından məsul üzvü Janez Lenarçiç, Avropanın bir çox ölkəsinin bir tərəfdən daşqınlar, digər tərəfdən isə yüksək temperatur təhlükəsi ilə bağlı xəbərdar olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

O, Avropadakı fəlakətli vəziyyətin həyəcan verici olduğunu söyləyib.

Serbiyanın həm yüksək temperatur, həm də yağış səbəbiylə qırmızı həyəcan vəziyyətində olduğunu bildirən Lenarçiç İsveç, Norveç, Avstriya, Macarıstan, Xorvatiya və Sloveniyada daşqın xəbərdarlığının verildiyini bildirib.

Janez Lenarçiç Bolqarıstan, Yunanıstan, Yunan Kipr Administrasiyası, İspaniya, İtaliya, Fransa, Portuqaliya, Xorvatiya və Türkiyədə meşə yanğını təhlükəsinin olduğunu vurğulayıb.

Avropa fövqəladə hallara reaksiya koordinatoru kimi də fəaliyyət göstərən Lenarçiç qeyd edib ki, Aİ vəziyyəti diqqətlə izləyir və kömək etməyə hazırdır.