Aİ: Polşada ukraynalı pilotların “F-16″larla təlimlərinə başlanılıbbackend

Aİ: Polşada ukraynalı pilotların “F-16″larla təlimlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Polşa da daxil olmaqla, bir sıra ölkədə ukraynalı pilotların “F-16″larla təliminə başladığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin iclasının girişində mətbuata açıqlama verib:

“Mən xoşbəxtəm ki, F-16 təlimləri nəhayət ukraynalı pilotlara verilməyə başladı”.

Borrell bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olduğunu söyləyib.

Təlimlərin bir neçə ölkədə başladığını bildirən Borrell bu ölkələrdən birinin də Polşa olduğunu bildirib.

Aİ ölkələrinin Ukraynaya silah və sursatların çatdırılmasını sürətləndirmək üçün birgə satınalma prosesinin hansı mərhələdə olduğu sualına Borrell bu prosesin irəlilədiyini qeyd edib.

Qeyd edək ki, keçən həftə Yaponiyada keçirilən G7 toplantısında F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılması üçün yol açılıb.

İclasda əsas gündəm Ukraynanın tələb etdiyi silah və sursat dəstəyinin sürətləndirilməsi olacaq.

Ukrayna əsgərlərinin təlimi də gündəmdə olacaq. Aİ rəsmiləri indiyədək 15 min Ukrayna əsgərinin təliminin başa çatdığını və bunu 20 minə çatdırmağı planlaşdırdıqlarını bildirirlər.

NATO-nun baş katibi Yens Stoltenberq də Aİ müdafiə nazirlərinin toplantısının bir hissəsinə qatılacaq.