Aİ Qabondakı bütün aktorları təmkinli olmağa çağırıbbackend

Aİ Qabondakı bütün aktorları təmkinli olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell mövzu ilə bağlı açıqlamasında Qabondakı bütün aktyorları təmkinli davranmağa çağırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qabonun üzləşdiyi çətinliklərin qanunun aliliyi, konstitusiya nizamı və demokratiya ilə aşılması lazım olduğunu qeyd edən Borrell, “Aİ hərbi çevrilişə səbəb olan seçki prosesi ilə bağlı ciddi narahatlıqları bölüşür.

Bununla belə, ölkənin iradəsini əks etdirmə yolu Qabon xalqı gücdən istifadə etməklə deyil, qanunun aliliyi və insan hüquqlarına hörmətdir. Bu, əhatəli və geniş dialoqla mümkündür.

Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup əsgər avqustun 30-da səhər tezdən milli televiziyanın binasına daxil olaraq administrasiyanı ələ keçirdiklərini elan edib.

Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər.

Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. 64 yaşlı Əli Bonqo 2009-cu ildə ölkəni 41 ildən çox idarə edən atası Ömər Bonqodan vəzifə alıb.

Ölkədə səsvermə prosesinin son saatlarında “zorakılıq” səbəbi ilə komendant saatı tətbiq edilib, seçkidən sonra səslərin sayılması prosesi davam edərkən internetə məhdudiyyət qoyulub.

Müxaliflər isə hökumətin təcrübələrinə reaksiya verib və müxalifət lideri Ondo Ossa seçkilərin saxtalaşdırıldığını iddia edib.